Ağdaş rayon sakini təmizləyici maddə (xlor) içib.
Oxu.Az-ın məlumatına görə, 1975-ci il təvəllüdlü Sevinc Qasımova təmizləyici maddə içib və zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Onun əsəbiləşərək bu adımı atdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət