Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
50 manat maaş, qıfıllı və sirli evlər: İvanovkada aparıcının dırnaqlarını niyə kəsdilər?
Baku TV-nin efirində "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında İsmayıllı rayonunun İvanovka kəndinə səyahət edilib.
Ən məşhur molokan kəndi olan İvanovka İsmayıllı rayonunun mərkəzindən 13 kilometr uzaqlıqda yerləşir.
Verilişdə bildirilib ki, İvanovkada 1930-cu illərdən fəaliyyətə başlayan kolxoz indiyə qədər öz fəaliyyətini qoruyub saxlayıb və kəndin əsas iş mənbəyi hesab olunur. Kolxoz bacarıqlı kolxozçu Nikolay Vasilyeviç Nikitinin adını daşıyır.
O, kolxoza 1994-cü ilə kimi - düz 41 il rəhbərlik edib. İvanovkalılar əsasən üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Kolxozda çalışan kənd sakini Valentina burada maaşın az olduğunu söyləyib:
"50 manat maaşım çıxır, əlavə olaraq kolxoz pulsuz buğda, arpa və günəbaxan yağı verir. 50 manat maaş azdır, bu pulla bir dəfə mağazaya gedirsən, bitir".
Taxıl sahəsində məhsul biçini ilə məşğul olan kombayn sürücüsü də iş sisteminin ağır olmasından bəhs edib: "Burada iş sistemi ağırdır və pul artırmaq olmur, xərci çoxdur. Hektara işləyirəm, o da 50 manatdır".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Efirlərdə az görünən Üzeyir Mehdizadə keçmişindən, etdiyi səhvlərdən DANIŞDI
- Qərbi Azərbaycan Xronikası: "Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər"
- İlham Əliyev Borreli diktatora layiq nazir adlandırdı - Bizdən nə danışırlar?
- Bakıda mənzildə çürümüş qadın meyiti TAPILDI: 2019-cu ildən bəri onu görən olmamışdı
- Şuşalı ailə 32 ildən sonra doğma yurda qayıdır: "Çıxardığım əmanəti geri aparıram"
Rəylər