Yeni tədris ilindən başlayaraq müəllimlik ixtisası üzrə fakültələrə 500-dən artıq bal toplayaraq daxil olan tələbələrə əlavə təqaüd veriləcək. Təhsil Nazirliyinin təqaüdü 100 manat olacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu bu gün Təhsil Nazirliyində keçirlən mətbuat konfransında nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
O, qeyd edib ki, bu il əlavə təqaüd alacaq olan tələbələrin sayı 300 nəfər olacaq:
“Bu məbləğ həmin tələbələrin təqaüdlərinə əlavə olaraq veriləcək”.