Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağdaş şəhərindəki avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında qeydə alınıb.
Şəhərin M.Ə.Rəsulzadə küçəsi 5/7 saylı ünvandakı mənzildə yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Rəhman Murad oğlu mağazanın anbarında özünü kəndirlə asaraq intihar edib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin