Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
54 günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Yasəmən Qarayeva məlumat verib.
O bildirib ki, övladı 54 gün əvvəl 28 həftəlik olarkən doğulub:
"Murad 54 gün əvvəl dünyaya gəlib. Mən 13 il övlad həsrəti çəkmişəm, illərlə ağır müalicələrdən sonra Murada hamilə qaldım. Hamiləliyim çox çətin və ağır keçib. 28 həftəlik hamilə olarkən həkim mütləq uşağı götürməli olduğumuzu dedi. Murad 1.3 kiloqram ağırlığında dünyaya gəldi. 14 gün küvəzdə qaldı. Müalicələr nəticəsində Muradın vəziyyəti günü-gündən yaxşılaşırdı. Çəkisi artmışdı, çox balaca olduğu üçün tək ağızla qidalana bilmirdi deyə, onu burnundan kataterlə qidalandırırdıq".
Gənc ana Muradın iki gün öncə yenidən küvəzə keçirildiyini deyib.
"Həftəsonu Muradın nəfəs almasında ciddi problemlər yarandı. Qorxduğum üçün təcili xəstəxanaya yollandım. Həkim onun yenidən küvəzə alınmalı və xəstəxana şəraitində müalicə almalı olduğunu dedi. Hazırda Muradın müalicəsini davam etdirə bilmək üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacımız var. Sizin saytın izləyicilərinin dəstəyi ilə balamı bu günə gətirib çıxara bilmişdim. Bizə yenidən dəstək olmaları üçün bir daha onlara üz tutub, yalvarıram. Xahiş edirəm bizə yenidən dəstək olun".
Ailə ilə əlaqə: (055) 329-77-59.
"Unibank": 5243 7544 4718 1999.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü
- Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir
- Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var
- İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Yaralarını sarımağa bint ala bilmirik"