Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanla İspaniya arasında Strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildiriblər ki, naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopes Senoviya ilə görüşüb.
Görüşdə bu gün keçirilən Azərbaycan - İspaniya biznes forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm vediyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək.
Bu gün Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşdə "Azərbaycan İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək".
Strateji İqtisadi Dialoqun iclasında İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələr arasında bərpaolunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
- Mikayıl Cabbarov Yel çərşənbəsi ilə bağlı paylaşım edib
- Mikayıl Cabbarov 8 Mart münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib
- Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib