6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yarandığı iddia edilib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sözügedən xəstəxananın sanitar qovşağı natəmizdir:
"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim, məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Burada sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir", - deyə paylaşımda qeyd edilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.