Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

600-dən çox bal toplayanların - NƏZƏRİNƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in TQDK-nın mətbuat xidmətindən aldığı məlumata görə, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər verilən linkdən (http://www.abiturient.az/ANKET_600_2014.pdf) anket-sorğunu yükləyib doldurmalı və onu 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkillə birlikdə avqustun 31-dək TQDK-ya və ya Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər. Anket və şəkli “Abituriyent” jurnalının elektron ünvanına da göndərmək olar.
Anket-sorğusu həmçinin “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunub.
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb