Portal hipertenziyadan əziyyət çəkən 7 yaşlı Suracın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Səfərov Orxan məlumat verib.
O, qeyd edib ki, Suracın xəstəliyi ötən ilin dekabr ayında aşkarlanıb:
“Oğlum qəfil qan qusdu. Təcili xəstəxanaya yerləşdirdik. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) oğluma portal hipertenziya (çox vaxt qaraciyər sirrozu, şistosomiaz və ya qaraciyərdənxaric (ekstrahepatik) portal venaların trombozu hallarında inkişaf edir. Portal hipertenziya portal qan axınına müqavimətin yaranması nəticəsində inkişaf edir və varikoz qanaxma, assit kimi ağırlaşmalara gətirib çıxara bilər) diaqnozu qoyuldu. 8 gün xəstəxanada qaldıq. Suracın sağalması üçün 12.500 (21,250 manat) dollar pul lazımdır. Bizim bu əməliyyatı qarşılamağa imkanımız yoxdur. İmkanlı şəxslərdən xahiş edirik Suraca kömək olsunlar”.
Ailə ilə əlaqə saxlamaq istəyənlər aşağıdakı nömrəyə zəng edə bilərlər.
Atası Səfərov Orxan: 055 205 99 33