Dünən Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı məlumat yayılmışdır.
Məlumatda uşağın müəlliməsi tərəfindən döyülməsini bildirmişdi.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirmişdi ki, ilkin araşdırma nəticəsində uşağın neçə gün qabaq axşam saatlarında qaçarkən yıxılaraq alnından zədə alması və gözünün altındakı o qaraltıların da aldığı zədənin nəticəsində yarandığı qənaətinə gəlinib.
Bir neçə dəqiqə əvvəl YouTube portalında həmin uşağln videosu yayılıb. O, Afaq adlı tərbiyəçi tərəfindən döyüldüyünü açıq şəkildə bildirir: