Sertifikatlaşdırmanın nəticəsinə əsasən əməkhaqqına əlavələr edilən müəllimlərin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməklə təhsildə keyfiyyətin yüksəldilməsi, eləcə də onların sosial rifah vəziyyətinin yaxşılaşdırılmasıdır:
"İndiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib".