Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

76 yaşlı sakin qayınatasından qalan məhəlləni gülüstana çevirib
Həm şair, həm musiqiçi, həm də bağban. Söhbət Mingəçevirin 76 yaşlı sakini Mahir Musadan gedir.
Yaşının bu çağında o, qayınatasından qalan "Güllü məhəllə"ni gülüstana çevirib.
15 ildir limon yetişdirdiyini söyləyən Mahir dayı işindən zövq aldığını deyib.
"Əvvəlcə qurumuşdular, sonradan üzərində çalışdım, dibini təmizlədim, yenidən cücərdilər. Bunlar qayınatamgilin məhsuludur, onlardan yadigardır. Buranın güllərini siz yaz vaxtı görsəniz, məəttəl qalarsınız. Gülün ətrindən adam dəli olur. Mən bunlarla yaşayıram. Stulda günün altında otururam, özüm üçün qarmon çalıram, şeir yazıram. Səhər durub görürəm ki, limonlar sanki böyüyüb", - deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin materialında:

"Mingəçevir şəhəri" teqi üzrə xəbərlər
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- Ayaqqabısını bağlayarkən ölübmüş - Şagirdin vəfatı ilə bağlı TƏFƏRRÜAT
- Mingəçevirdə ailə FACİƏSİ: "Nəvəmin ölümünü görə bilmərəm"
- 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
- Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölüb