Bir müddət əvvəl yeni doğulan əkiz övladlarından imtina edən 79 yaşlı ata Əliniyaz Nəzərov övladlarını körpələr evindən geri alıb.
Oxu.Az xəbər verir ki, Ə.Nəzərovun yaxınlarının Qafqazinfo-ya verdiyi məlumata görə, bu gün Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evindən əkizləri ailəsinə qaytarmağa icazə veriblər.
Xatırladaq ki, Masallı rayon sakini Əliniyaz Əşrəf oğlu Nəzərov 3-cü nikahından dünyaya gələn əkiz uşaqlarından imtina etmişdi. Daha sonra əkizlər Nəsimi rayon 1 saylı körpələr evinə gətirilmişdi.