Bu il Azərbaycanda baş verən yol qəzalarında 754 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin ilk 8 ayında respublikada 1897 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 754 nəfər ölüb, 2 044 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 qəza artıb, ölüm faktı 25, xəsarət sayı isə 3 fakt azalıb.