Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qəbələ rayonu Soltannuxa kənd sakini Ramin Rizvanov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Zarağan kənd sakini 82 yaşlı Gözəl Bayramovanı vurub.
Nəticədə piyada xəstəxanaya yerləşdirilib və iyulun 20-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az