Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Abituriyentin imtahandan keçmək üçün "fənd"i baş tutmadı
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanları keçirilib.
Oxu.Az xəbər verir ki, DİM həmin gün imtahana girərkən bir iştirakçının öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərdiyinə dair video yayımlayıb.
Videodan aydın olur ki, imtahan iştirakçısı mobil telefonunu çox səliqəli şəkildə ayaqqabısının altında gizlədib. Buna baxmayaraq, imtahan zalına daxil olarkən, aparılan yoxlama zamanı onun bu "fənd"i işə yaramayıb.
"İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər", - DİM-in bununla bağlı məlumatında vurğulanıb.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib
- Hakim olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Rəylər