14 iyul tarixində II və III ixtisas qrupu abituriyentləri üçün növbəti qəbul imtahanı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi sözügedən imtahanlarla bağlı maarifləndirici videoçarx hazırlayıb.
Videoda abituriyentlərin imtahan prosesində özlərini rahat hiss etmələri üçün bəzi qaydalar diqqətə çatdırılır.
Qeyd edək ki, iyulun 14-də (II və III ixtisas qrupu) və 22-də (I və IV ixtisas qrupu) keçiriləcək ali təhsil müəssisələrinə ikinci qəbul imtahanlarında 60 mindən artıq abituriyentin iştirakı gözlənilir.
Z.Q.
www.oxu.az