Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-a köçməyə can atan azərbaycanlıların sayı artıb
“Greencard” lotereyasında iştirak edən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.
Oxu.Az xəbər verir ki, oyunun nəticələri mayın 15-də elan olunub.
Bu dəfə “qrin-kart” əldə etmək üçün 50 mindən çox azərbaycanlı lotereyada iştirak edib.
Hal-hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır.
“Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi) şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, nəticələrin yoxlanılması müəyyən qədər vaxt çəkəcək.
Qeyd edək ki, hər il Azərbaycandan 300-500 nəfər “Greencard”ın qalibi olur.
“Bu il, bu göstəricinin 700-800 nəfərə qalxacağını gözləyirik. Həmişə olduğu kimi bu il də müraciət edənlərin böyük əksəriyyətini 18-24 yaşlarında olan subay gənclər təşkil edib”, - deyə Cəfərov bildirib.
Qeyd edək ki, “qrin-kart”ın qalibi vətəndaşlığını itirmədən ABŞ-da daimi yaşamaq, işləmək və təhsil almaq icazəsi alır.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?