ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.
Oxu.Az xəbər verir ki, cümə günü noyabrın 13-də saat 11:00-da ABŞ-ın Bakıdakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirir.
Auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) keçiriləcək.
Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür.
Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.
Avtomobillərin ilkin qiyməti 500 dollardır.

E.Ə.
www.oxu.az