Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər
"Abşeron Gənclər Şəhərciyində qeyri-adi davranışı ilə diqqət çəkən qadının görüntüsünü əks etdirən paylaşım araşdırılıb".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.
Onun sözlərinə görə, həmin şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.
Aygün Mirakif
Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.
"Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər şeylər atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.
Qeyd edək ki, problemlə bağlı lazımi yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.
Həmin görüntüləri təqdim edirik:
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Eyvanda paltarını təmizləyən 69 yaşlı kişi faciəli şəkildə öldü
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Özünə antibiotik vuran qadın ÖLDÜ - TƏFƏRRÜAT
- İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı