Abşeron rayonu, Mehdiabad qəsəbəsinin sakinlərini narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət nəzarətə götürülüb.
Nəzarətə götürüldükdən sonra problem həllini tapıb.
Abşeron rayonunda yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a şikayət ünvanlayan Mehdiabad qəsəbəsi, şəhid Qadir Heydərov küçəsinin sakinləri bildiriblər ki, ərazidə yığılan məişət tullantıları təmizlənmədiyi üçün üfunət ətrafı bürüyüb.
Sakinlərin sözlərinə görə, qoxudan sözügedən ərazidə dayanmaq mümkün deyil.
Ərazidən çəkilən video görüntünü təqdim edirik:
Aygün Mirakif