Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Abşeronda kişi öldürüldü: Atası tutuldu
Abşeron sakini bıçaqlanaraq öldürülüb.
Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb
- Abşeronda zavodda baş verən faciə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
- Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
- Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı
Rəylər