Abşeron rayonunda zibillər daşınmır.
Bu barədə Oxu.Az-a ərazidəki sakinlər bildiriblər.
Qeyd edilib ki, rayonun Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində zibil tullantıları qalaqlanıb.
Antisanitar vəziyyət nəticəsində sakinlər ərazidən rahat keçə bilmirlər.
Eyni zamanda, “AAAF Park” yaşayış kompleksinin də qarşısındakı zibillər daşınmır.
Sakinlər qeyd ediblər ki, ərazidə zibil qutuları kifayət qədər olmadığı üçün antisanitar vəziyyət yaranıb.
Qeyd edək ki, əvvəllər ərazidə zibil qutuları olsa da, sonradan yığışdırılıb.
İlhamə Əbülfət
Rəylər