Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab gəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının APA-ya açıqlamasında bildirdiyinə görə, BŞİH Milli Şuranın noyabrın 10-da saat 15:00-da keçmiş “Məhsul” stadionuna təyin edilən mitinqinə razılıq verib.
Xatırladaq ki, Milli Şuranın mitinqi siyasi məhbusların azad olunması tələbi ilə keçiriləcək.
E.Ə.
www.oxu.az