Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Arif Rəhimzadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “Azərbaycanda bir kişi var, o da cənab prezidentdir” fikri ilə bağlı ötən gündən başlayaraq yaranan polemikalara qısa münasibət bildirib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, komitə sədri A.Rəhimzadə deyib ki:
“Hacıbala Abutalıbov fikrini düzgün ifadə edə bilməyib. Bu, elə məsələdir ki, onun həddi yoxdur. Mən başqa nə deyə bilərəm?”.