“Sosial şəbəkələrdə açıq havada maska taxılmasına etiraz olaraq başladılan müzakirələr çaxnaşma yaratmaqdan başqa bir şey deyil”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O bildirib ki, praktik olaraq insanların açıq havada tək olma ehtimalı çox az olduğundan maskadan imtina etmək doğru addım olmaz.
Həmçinin peyvəndin gələcəkdə insan səhhətində hansısa fəsadlar yaradacağı barədə iddiaların tamamilə əsassız olduğunu deyən həkim yalnız peyvənd vurulan gün yüngül reaksiyaların müşahidə edildiyini bildirib:
“Peyvənd olunan şəxslər koronavirusa yoluxsa da, çox yüngül keçirəcək. Hətta ola bilər ki, onlar heç bir əlamət hiss etməsin. Peyvənd olunan gün isə çox yüngül reaksiyalar, yəni hərarətin qalxması, əzələ ağrıları, ümumi zəiflik və iynənin vurulduğu nahiyədə ağrılar ola bilər”.
“Sosial şəbəkələrdə açıq havada maska taxılmasına etiraz olaraq başladılan müzakirələr çaxnaşma yaratmaqdan başqa bir şey deyil”.Bunu “ARB 24”ün “İşgüzar səhər”...
Rəylər