“Active Mom's Club” yay tətilindən sonra işlərini davam etdirir.
Analar və uşaqlar üçün nəzərdə tutulan “Məktəblilərin psixoloji diaqnostikası” adlı ilk tədbirimiz tədris ilinin başladığı ərəfəyə təsadüf edib.
Görüş psixoloq Günel Əliyeva, art terapevt Cəmilə Sultanova və drama terapevt Xumar Kərimli tərəfindən keçirilib.
Tədbirdə iştirak edən uşaqlar rəngli qələmlərlə mandala rənglənməsinə dəvət edilib. Bu, onların psixoloji portretini tanımağa kömək edir. Məktəblilər məşğul olsa da, psixoloq analarla “Məktəblilərlə düzgün ünsiyyət necə olmalıdır?” mövzusunda maarifləndirici söhbət aparıb. Tədbir çox rahat və səmimi mühitdə keçib.
Klubun üzvlərini hər ay yeni, maraqlı və ən əsası, faydalı hadisələr gözləyir.
Yanvar ayında “Active Mom's Club” beş illiyini qeyd edəcək.
Keçirilən tədbirdən foto və videoları təqdim edirik: