Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Adil Vəliyev Sabirabadda öldürülərək Kür çayına atılan qızdan danışdı
"Bu günlərdə Sabirabadda öldürülərək Kür çayına atılan qızın faciəsi hamıda təəssüf doğurdu. Erkən nikahlarla bağlı qanunvericilikdə dəyişikliklər edilib, lakin şüurlarda inqilab yaratmaq lazımdır".
Oxu.Az xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
O, iyulun 1-dən qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minəcəyini xatırladaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bu istiqamətdə monitorinqlər aparıb-aparmayacaqlarını soruşub.
Buna cavab olaraq komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, yerlərdə bu istiqamətdə maarifləndirmə işləri aparılsa da, bu kifayət etmir:
"Bizim əsas rıçaqlarımız yerlərdə gender məsul şəxslərdir. Biz bələdiyyələrdə gender komissiyaları yaratmışıq. İcralarda gender monitorinq qrupları fəaliyyət göstərir. Lakin ümumilikdə onlar necə fəaliyyət göstərirlər? Bu, sual olaraq qalır. Yerli icra orqanları bu məsələdə maraqlı olmalıdır. Eyni zamanda, deputatlar da öz seçiciləri ilə bu istiqamətdə danışmalı, işlərin aparılması ilə maraqlanmalıdırlar".
Aləmdə Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Nizami Səfərov: "Azərbaycan müharibə canilərini cəzalandıraraq bütöv bəşəriyyəti təmsil edir"
- Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq
- Əhliman Əmiraslanov: "Təkcə Bərdədə 32 ilkin tibbi xidmət məntəqəsinin açılması planlaşdırılır"
- Pərvanə Vəliyeva: "Süni mayalanma və digər prosedurların qanuni bazasının olması vacibdir"
- Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib