Azərbaycan Dillər Universitetində (ADU) çalışan xadimə qadın heç bir təhlükəsizlik tədbirlərinə əməl etmədən həyatını təhlükəyə atıb.
Oxu.Az xəbər verir ki, xadimə universitetin pəncərələrini silmək üçün özünü təhlükəyə atıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb. Şəkillərə baxanda məlum olur ki, pəncərələri silən qadın hər an yıxılma təhlükəsi ilə üz-üzə qalıb.
Görüntülər geniş müzakirəyə səbəb olub.

E.Ə.
www.oxu.az