“Azərbaycan Dəmir Yolları qatarlarında hərəkət zamanı kəsintisiz internetin təmin edilməsi hələlik nəzərdə tutulmur”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov məlumat verib.
Onun sözlərinə görə, sürət qatarlarında “Wi-Fi” xidməti olsa da, hərəkət zamanı bu şəbəkə kəsintiyə məruz qalır:
“Kəsintisiz internetin təmin edilməsi ilə əlaqədar müvafiq infrastruktur qurulmalıdır. Qatarlarda bu məsələni həll etmək üçün ciddi işlər görülməlidir. Ona görə yaxın zamanda belə bir xidməti həyata keçirmək çətindir”.
Aysel Aslan