Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ADY vətəndaşlara müraciət ETDİ
Bu il ərzində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.
Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşı qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.
"Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 "Əlaqə Mərkəzi"nə dərhal məlumat verin", - məlumatda qeyd olunur.
"Azərbaycan Dəmir Yolları QSC" teqi üzrə xəbərlər
- "Azərbaycan Dəmir Yolları" Asiya İnkişaf Bankı ilə 131 milyon dollarlıq kredit sazişi imzalayıb
- Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Rəylər