Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya və İran arasında hərtərəfli tərəfdaşlıq sazişinin hazırlanması başa çatıb
Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasını başa çatdırıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib.
Qeyd olunub ki, məsləhətləşmələr nəticəsində ən yüksək səviyyədə yaxın ikitərəfli təmaslardan biri çərçivəsində sazişin imzalanmağa hazırlanması üçün zəruri olan dövlətdaxili prosedurların başlanması barədə razılıq əldə olunub.
"Ümid edirik ki, yaxın gələcəkdə biz həqiqətən tarixi hadisənin şahidi olacağıq", - deyə Rudenko bildirib.
"Rusiya-İran münasibətləri" teqi üzrə xəbərlər
- Pezeşkianın nümayəndə heyəti Kremldə namaz qıldı
- Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəliblər
- İran prezidentinin Moskvaya səfəri ərəfəsində Əli Xamenei rus dilində paylaşım edib
- Putinlə Pezeşkian arasında görüşün yeri və tarixi açıqlandı
- Rusiya və İran arasında yeni sazişlə bağlı TƏFƏRÜAT açıqlandı
Ən çox oxunanlar