Bakı şəhər Baş Polis İdarəsi fevralın 14-də Sabunçu qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
İdarədən Oxu.Az-a verilən məlumata görə, Aeroport şosesində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi «Kia-Cerato», 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi «Nissan-Teana» və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub.
Nəticədə, S.Əliyevin sərnişini, anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.
Araşdırma aparılır.
10:38
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aeroport yolunda “Nissan”, “Mercedes” və “Kia” markalı 3 minik avtomobili toqquşub.
Nəticədə “Kia”nın sərnişini olan 74 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Daha 2 nəfər isə yüngül xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az