Bu gün səhər saat 09:30-da Aeroport yolunda (Bülbülə döngəsində) qara rəngli “Mercedes S” markalı avtomobil Süleymanov Sənan Süleyman oğluna məxsus “90 RZ 949” nömrə nişanlı “Opel Corsa” markalı maşını vuraraq əzib və hadisə yerindən qaçıb.
Oxu.Az musavat.com-a istinadən bildirir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.
Onu da qeyd edək ki, yol-qəza hadisəsi müşahidə kamerasının altında baş verib.
E.Ə.
www.oxu.az