Afinada (Yunanıstan) WPKA (Ümumdünya peşəkar kikboksinq assosiasiyası) versiyası üzrə dünya çempionatı keçirilib.
Sport.1news.az xəbər verir ki, məşhur kikboksçumuz Eduard Məmmədov yarışda 17-ci dəfə dünyanın ən güclüsü tituluna sahib çıxıb.
Lou-kik üzrə 60 kq-dək çəki kateqoriyasında yarışda “Neftçi”ni təmsil edən Eduard üç döyüş keçirib, finalda isə ispan rəqibinə qalib gəlib.
Bundan başqa, idmançılarımızdan Albert Qəribov (85 kq, layt-kontakt, veteranlar) və Azər Aslanov (70 kq, layt-kontakt) birinci yeri tutublar, Ələsgər Musayev (layt-kontakt, gənclər arasında) gümüş medal qazanıb.
Yunanıstanda komandamıza milli yığmanın rəisi Sadıq Bağırov rəhbərlik edib. Eduard Məmmədov həmçinin Azərbaycanın Kikboksinq Federasiyasının rəhbəri Adil Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, Eduard Məmmədov həm də “Ağ canavar” (“White wolf”) təxəllüsü ilə məşhurdur.
www.1news.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin