Bu gün səhərdən müxalifətçilərin Facebookda yaratdıqları “XİLAS” və “İstefa”, həmçinin iqtidaryönümlü gənclərin yaratdıqları “Azərbaycan-2013: Qələbə”, “Prezidentə dəstək 2013” səhifələri saytdan silinib.
“XİLAS” qrupunun admini AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədliovun Qafqazinfo-ya bildirdiyinə görə, təxminən yarım saat əvvəl admin olduğu XİLAS qrupuna giriş məhdudlaşdırılıb:
“Biz ümid edirik ki, bu Facebookun texniki problemidir. Çalışacağıq ki, problemi yaxın dəqiqələrdə həll edək. XİLAS admin heyəti baş verənlərə anlayış göstərmənizi xahiş edir”.
Digər səhifələrin idarəçiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, “XİLAS” qrupunun 194 min, “Azərbaycan-2013: Qələbə” qrupunun 368 min, “Prezidentə dəstək – 2013” qrupunun isə 170 min üzvü var. “İstefa” qrupunun üzvlərinin sayını dəqiqləşdirmək mümkün olmadı, çünki səhifə ümumiyyətlə Facebook-un axtarışında peyda olmur.
Hələlik səhifələrin silinmə səbəbləri məlum deyil.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin