İyunun 4-də Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Suraxanı Polis İdarəsinin əməliyyatçıları zorakılıq və pul oğurluğu ilə məşğul olan cinayətkar dəstənin izinə düşərək, onun üzvlərini həbs ediblər.
Bu barədə Vesti.Az-a Suraxanı Polis İdarəsindən məlumat veriblər.
Bundan əvvəl xəbər verdiyimiz kimi, 2013-cü il martın 7-dən 8-nə keçən gecə maska taxmış üç naməlum kişi Hövsan qəsəbəsi sakini, əslən Astaradan olan 1957-ci il təvəllüdlü Əsgərova Züleyxa İman qızının evinə daxil olublar. Bu zaman evdə Əsgərovadan başqa onun qonaqları – qohumları Nəsirova Humay Saleh qızı və 1985-ci il təvəllüdlü Fərzanə Ağayeva olub.
Cinayətkarlar qadınların əllərini bağlayaraq, onları təhdid ediblər. Onlar ev sahibindən bütün pullarını verməyi tələb ediblər.
Məlumdur ki, Züleyxa Əsgərova çoxdandır Məkkəyə, Həcc ziyarətinə getmək istəyir. Bunun üçün qadın pul toplamağa başlayıb və oğurluq zamanı artıq 900 manat pul toplayıbmış. Əsgərova pulları müsəlmanların müqəddəs kitabında – Quranın içərisində saxlayırmış. Bədbəxt qadın pulların yerini cinayətkarlara göstərməli olur və quldurlar, Allahsızlıq edərək, pulları götürdükdən sonra, Quranı yerə atırlar. Sonra onlar Əsgərovanın bir qızıl və bir gümüş üzüyünü oğurlayaraq, evi tərk ediblər.
İstintaq zamanı müəyyənləşdirilib ki, cinayətə həmin gecə Əsgərovanın evində qonaq olan qadınlardan biri, daha dəqiqliklə, Astara rayon sakini Fərzanə Ağayevanın aidiyyatı var. Sonuncu zərərçəkmişin uzaq qohumudur.
Məhz o, birgə yaşadığı, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Məmmədov Rüfət Kamal oğluna pullar barədə məlumat verib. Yeri gəlmişkən, hazırda Ağayeva hamiləliyin 6-cı ayındadır. Məmmədov bir dəfə Ağayevaya deyib ki, ona pul lazımdır və bundan sonra qadın yaşlı qohumu Əsgərovanı nişan verərək, onda pulun çox olduğunu deyib.
İstintaqın versiyasına əsasən, onlar birlikdə Ağayevanın evinə hücum planını düşünblər. Bunun üçün Ağayeva Əsgərovagilə qonaq gedib.
Məmmədov əlbir olduğu iki şəxslə birlikdə Əsgərovanın evinə daxil olaraq, qadınların əl-qolunu bağlayıb. Cinayətin araşdırılmasına başlayan polislər elə əvvəldən qadınlardan birinin bu işlə əlaqəli olduğundan şübhələniblər, çünki onlardan birinin əlləri o birilərə nisbətən daha pis bağlanılıbmış. Bu məqam cinayət axtarışının əməkdaşlarına əsas şübhəlilərin izinə düşməkdə kömək olub. Bütün bu vaxt ərzində Ağayeva polis tərəfindən izlənilib və elə o, əməliyyatçıları öz “ərinin” izinə salın. Hamilə olduğu üçün Ağayeva həbs edilməyib, istintaqın davam etdiyi müddətdə heç bir yerə getməmək haqqında iltizam alınaraq, azadlığa buraxılıb.
Hazırda istintaq-əməliyyat qrupu cinayətin daha iki iştirakçısının aşkarlanması üçün iş aparır.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 və 177.2.2 maddələri üzrə cinayət işi başlanılıb.
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin