Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağadadaş Ağayev balta insidenti ilə bağlı klinikadan mənəvi zərər tələb edir
Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"ı məhkəməyə verib.
"Qaynarinfo"nun məlumatına görə, ifaçı məhkəmədə "Medera Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "Medera Hospital"ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralamışdı.
Rəylər