Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu
Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıblar. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.
Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.
Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də, onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.
Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.
Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Onu maşından düşürərək döyüblər.
Hadisə zamanı Daşqının olduğu maşın nazirliyə məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.
İttihama görə, dava zamanı Vüsal cibindən bıçaq çıxararaq Daşqına 14 zərbə endirib.
İstintaq orqanı Vüsala qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham irəli sürüb. Qardaşı və atası isə xuliqanlıqda təqsirli bilinib.
Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ
- Bakıda gizli eşq faciə ilə bitdi: 56 yaşlı kişi 22 yaşlı sevgilisini boğub öldürdü - DETALLAR
- Qayınatasını öldürmək istədi, özü öldü