Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Pakistan ordusu Hindistan briqadasının qərargahını və təmas xəttindəki Dudanial sektorundakı postunu məhv edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın cavabı Hindistanın ilkin hücumunu üstələyib. Belə ki, Hindistana ən azı 15 raket zərbəsi endirilib.
"Xalqın döyüş ruhu yüksəkdir, Pakistan qorxaq Hindistana layiqli cavab verir.
Bütün xalq Pakistan Silahlı Qüvvələrinin yanındadır. Pakistan xalqı və Pakistan Silahlı Qüvvələri düşmənlə necə davranacağını bilir. Biz heç vaxt imkan verməyəcəyik ki, düşmən öz çirkin məqsədlərinə nail olsun", - deyə Pakistanın Baş nazir Şahbaz Şərif bildirib.
O, təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
"Şahbaz Şərif" teqi üzrə xəbərlər
- Pakistanın baş naziri nüvə arsenalına cavabdeh olan qurumun təcili iclasını çağırır
- Şahbaz Şərif: "Pakistan böyük qələbə qazandı"
- Ərdoğan: "Türkiyə Pakistanla həmrəydir"
- Ərdoğan: "Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"
- Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"