Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mətanət İsgəndərlinin konsertini işıqlandıran media nümayəndələrinə qarşı XOŞAGƏLMƏZ MÜNASİBƏT
Əməkdar artist Mətanət İsgəndərli solo konsertindən əvvəl media nümayəndələrinin suallarını cavablandıran zaman xoşagəlməz hal yaşanıb.
Oxu.Az xəbər verir ki, sənətçinin prodüseri Asif Kərimov müğənniyə ünvanlanmış suallara onun əvəzindən media nümayəndələrinə qarşı aqressiv formada cavablar verib.
Belə ki, Mətanət İsgəndərliyə "27 il solo konsert verməməyinizə səbəb nə olub?" sualına prodüser sərt formada "Ən böyük maneə mənəm - Asif Kərimov. Səbəbini sənə sonra deyərəm. Onun sənə borcu yoxdur", - deyə cavab verib.
Mətanət İsgəndərli isə prodüserin jurnalistlərə qarşı bu cür davranışına səssiz qalıb.
Qeyd edək ki, bu gün Heydər Əliyev Sarayında Mətanət İsgəndərlinin "Gəl qayıdaq o illərə" adlı solo konserti baş tutub.
Ətraflı Baku TV-nin süjetində:

"Mətanət İsgəndərli" teqi üzrə xəbərlər
- Media sizə borclu deyil!
- Mətanət İsgəndərlinin 27 ildən sonra baş tutmuş solo konsertindən GÖRÜNTÜLƏR
- Əməkdar artist arzularını dilə gətirdi: “İstəyirəm ki, ağ atlı oğlan...”
- Mətanət İsgəndərli: “Hələ də o əziyyətləri yaşayıram”
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO