Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağcabədidə dəm qazından zəhərlənən ana və dörd övladının son durumu AÇIQLANDI
Ağcabədidə dəm qazından zəhərlənənlərin vəziyyətləri açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 15-də saat 10:30 radələrində altı nəfər (üçü kişi, üçü qadın cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə təcili tibbi yardım avtomobili vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan dördü azyaşlı olub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumat qeyd olunub.
Aygün Mirakif
Ağcabədidə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hacılar kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Kərimova dörd uşağı ilə birlikdə dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdirilib.
Samir İsayev