Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyətləri məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib:
"Martın 14-də, saat 22 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (3-ü kişi, 1-i qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilir.
Şükufə Süleymanlı
Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.
Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.