Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazisində qeydə alınıb.
Hadisə zamanı sərnişin mikroavtobusu ilə "Niva" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya