Ağcabədidə Azərbaycan Müəllimlər İnistitunun əməkdaşını traktor vurub öldürüb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
İşdən çıxan 56 yaşlı Məmmədova Lüdmila Məzahir qızını yolu keçərkən traktor vurub. Yaralı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücünün adının Vasif olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.