Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağcabədidə toyda zəhərlənənlərin son vəziyyəti açıqlandı - YENİLƏNİB
Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ötən gün saat 15:33-dən başlayaraq 11-i uşaq olmaqla ümumilikdə 34 nəfər yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib:
“Aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır”.
10:12
Ağcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar qonaqlara təqdim olunub:
“Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək”.
09:23
Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.
APA xəbər verir ki, Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Könül Cəfərli
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb