Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Oxu.Az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Sakinlərə mənzillərinin açarları təqdim edilib.
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, "Böyük Qayıdış" proqramının bu mərhələsində yaşayış məntəqəsinə 110 ailə, ümumilikdə isə 417 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülür.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.