Ağdam rayonunun Abdal və Gülablı kəndləri ərazisində başlayan yanğın davam edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadaları, canlı qüvvə və texnikaları cəlb olunub.
Gündüz saatlarında ərazidə helikopterlər fasiləsiz çalışıblar. Lakin ərazidə tüstü və dumanın yaratdığı görmə məhdudiyyəti havadan müdaxiləni mümkünsüz edib.
Onu da qeyd edək ki, əraziyə ətraf rayonlardan da əlavə heyət cəlb olunub.
Yanğınla mübarizə tam gücü ilə davam etdirilir.
Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə yanğınlarla bağlıməlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Xatırladaq ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.