Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağdamda baş verən partlayışda xəsarət alan ANAMA əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB
“Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Anar Mürşüd oğlu Piriyevin vəziyyəti stabil qiymətləndirilir”.
Bu haqda Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, 06.04.2024-cü il tarixində, 2000-ci il təvəllüdlü, Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini (kişi cinsli) saat 10:40-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Qeyd olunur ki, ona sağ baldırın ön səthinin kiçikölçülü qəlpə yaraları və sağ əlin iç səthinin kəsilmiş yarası diaqnozu təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir”.
16:35
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş partlayış nəticəsində bir nəfərin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyevin ərazidə minatəmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
10:47
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.
Bu barədə Oxu.Az-a ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyev xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçikölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
“Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyati təhlükəsi və ciddi xəsarəti yoxdur”, - məlumatda vurğulanıb.
Əzizə İsmayılova
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)" teqi üzrə xəbərlər
- İrəvanın davam edən mina cinayəti: "Ermənistan Azərbaycana təzminat ödəməlidir"
- Azad olunmuş ərazilərdəki yaylaqlara köçmək istəyənlərin NƏZƏRİNƏ
- Britaniya səfirliyi Ağdam və Cəbrayıldakı partlayışlarla bağlı başsağlığı verib
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş
- Bakı beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırdı