Ağdaşda su kanalında batan 17 yaşlı gənclə bağlı bəzi detallar məlum olub.
Oxu.Az Bizim.media-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlı atası ilə Yuxarı Şirvan kanalına gedib.
O, atasının gözü qarşısında Yuxarı Şirvan kanalında çimərkən batıb. Valideyni övladına heç cür kömək edə bilməyib.
Batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Ağdaşda 17 yaşlı Dəniz Nəsib oğlu Süleymanlı Yuxarı Şirvan kanalında boğulub.
Oxu.Az xəbər verir ki, hadisə gənc kanalda çimərkən baş verib.
Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür.